Erməni analitik: “Rusiya bizə silah verməyəcək, Bakı bunu qadağan edib”

2022/08/15064-1660735274.jpg
Oxunub: 815     16:51     17 Avqust 2022    
“Belə anbarlar partlayanda atəşfəşanlıq olur, amma “Surmalu”nun partlaması başqa cür olub”.

Ordu.az xəbər verir ki, bunu erməni analitik Armen Çibuxçyan deyib.

O, terror ehtimalını istisna etmir.

“Bu partlayış onu göstərir ki, bunun inkişafı olacaq. Terror ehtimalı yüksəkdir. Bu, Putinin qorxutmaq üsuludur”, - deyə Çibuxçyan bildirib.

Ermənistanın Rusiyadan silah alması məsələsinə toxunan erməni ekspert bildirib ki, bu, mümkün deyil: “Papikyan da bilir ki, Rusiya bizə silah verməyəcək, Bakı bunu qadağan edib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Silah  


Bizi "telegram"da izləyin