Qeyd edək ki, partlayışdan sonra İrəvan metrolarına, Zooparka və bir sıra digər iri qurumlara bomba qoyulması ilə bağlı çoxsaylı həyəcan siqnalları daxil olub.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, erməni hüquq müdafiəçisi Artur Sakunts bildirib ki, dezinformasiya mühiti yaratmaq istəyənlər barədə dəqiq məlumatı yoxdur.
“Bu adamların məqsədi aydındır. Hökumətə inamsızlıq yaratmaq üçün hər fürsətdən istifadə edilir. Məqsəd hakimiyyətə münasibəti formalaşdırmaqdır, lakin bu, mahiyyət etibarı ilə təkcə hakimiyyət məsələsi deyil, dövlətin sabitliyi və bir qurum kimi ona olan inamıdır. Belə alətlər dəstindən Putin rejimi də istifadə edirdi və indi də bir sıra Qərbi Avropa ölkələrində daim istifadə olunur”, - deyə o bildirib.
Erməni hüquq müdafiəçisi bildirib ki, Ermənistana qarşı hibrid müharibə alətlərindən istifadə olunur
“Hibrid müharibə metodundan istifadə edən rejimə qarşı prinsipial mövqeləri olmayan Ermənistan hakimiyyəti zəif və həssasdır”, - deyə o qeyd edib.
Sakunts Azərbaycanın yaranmış vəziyyətdən heç bir şəkildə istifadə edəcəyini düşünmür, çünki belə ağrılı hadisələr miqyasına görə, məsələn, zəlzələ ilə eyni deyil.
Alpər Mövludoğlu
Ordu.az