Ukrayna MN: Yaxın vaxtlarda bütün cəbhəboyu ciddi hadisələr gözlənilir

2022/03/TFCYD-1648708792.jpg
Oxunub: 735     17:11     17 Avqust 2022    
"Yaxın vaxtlarda bütün cəbhə xətti boyunca ciddi hadisələr gözlənilir".

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

"Bu, təkcə Ukraynanın Müstəqillik Günü ilə bağlı deyil. Biz əvvəllər də avqust-sentyabr aylarında cəbhədə hadisələrin gələcək inkişafına təsir edəcək mühüm dövrün başlayacağını bildirmişdik", - o söyləyib.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi əlavə edib ki, düşmənin geri çəkilməsi hələ müzakirə mövzusu deyil və Ukrayna hərbçiləri işğal olunmuş ərazilərin azad edilməsi üçün aktiv fəaliyyət göstərəcək.

Xatırladaq ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov avqust ayında cəbhədə ilk qələbələrinin baş verəcəyi ilə bağlı açıqlama verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin