“1in.am”: 30 il ərzində Ermənistan problemləri səmərəli həll etməyə qadir olan dövlət qurmayıb

2022/08/1660734386.jpg
Oxunub: 458     15:11     18 Avqust 2022    
İrəvanda baş verən partlayış müxtəlif ictimai dairələrdə Ermənistana qarşı aparılan hibrid müharibə haqqında söhbəti qızışdırıb.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “1in.am” nəşri yazıb.

Müəllif qeyd edir ki, hibrid müharibənin hədəfi təkcə Ermənistan deyil, beynəlxalq siyasətdə iştirak edən praktiki olaraq hər bir dövlət, o cümlədən güc mərkəzləridir.

“Onlar da müxtəlif təzahürlərlə, fərqli məqsədlərlə bir-birinə qarşı bu savaşı aparırlar. Üçüncü dünya müharibəsi gedəndə, təbiətcə hibrid olduğuna görə hamı hədəf olur.

30 il ərzində Ermənistan bir dövlət kimi bu məsələləri səmərəli həll etməyə qadir olan dövlət və ictimai-siyasi təsisatları inkişaf etdirməyib, ictimai həyatın təşkili mexanizmlərini, məzmunlu ideoloji və proqram əsaslarını formalaşdırmayıb.

Bu gün yenidən bu regionda yeni müharibənin qaçılmaz olduğu deyiləndə Ermənistan ictimaiyyəti onun hibrid mahiyyətini dərindən qiymətləndirmək, davranışını və dövlət siyasətini buna uyğun qurmaq vəzifəsini bir daha əldən buraxır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Partlayış  


Bizi "telegram"da izləyin