Erməni partiya sədri: “Qanunlar tətbiq olunmur, dövlət ölür”

2022/08/29811-1660734115.jpg
Oxunub: 437     19:59     18 Avqust 2022    
“Fəlakətin səbəbini qurumlarımızın uğursuzluğunda axtarmaq lazımdır”.

Ordu.az xəbər verir ki, bunu “Ədalətli Ermənistan” partiyasının sədri Norayr Norikyan bildirib.

Norikyanın sözlərinə görə, Ermənistan qarşısıalınmaz itkilərlə üzləşib.

“Yanlış həyəcan siqnalları, partlayış dövlətimizə qarşı tam bir təxribatdır. Bu, dövlətimizə qarşı total təxribatdır. Bu ölkədə kim özünü qanundan üstün tutursa, Ermənistan dövlətinə tüpürürsə, dövlət üçün təhlükədir. Qanunlar icra olunmur, olunmayanda dövlət ölür”, - deyə o qeyd edib.

Norikyanın fikrincə, Paşinyan hakimiyyətinin “Axilles dabanı” strateji düşüncənin olmamasıdır.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Surmalu  


Bizi "telegram"da izləyin