“İndiki güzəştlər Tavus və Zəngəzurda yeni güzəştlərə hazırlıqdır” – Aşotyan

2021/09/16713-1632560890.jpg
Oxunub: 1018     12:15     19 Avqust 2022    
“Onlar anklavlarla bağlı Tavuşda rus mövqelərinin yerləşdirildiyini deyirlər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçıların partiyasının sədrinin müavini Armen Aşotyan söhbətində deyib.

Aşotyan indiki güzəştləri Tavus və Zəngəzurda yeni güzəştlərə hazırlıq adlandırıb.

Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərində dərin problemlər var. O bildirib ki, əsir və itkin düşmüş şəxslər məsələsi ümumilikdə Ermənistanın ictimai müzakirəsində yer tutmur.

“Erməni xalqının dünya xəritəsindən silinməməsi üçün Nikol çıxarılmalıdır. Bizim dövlətimiz yoxdur. Bunu Laçın ətrafında baş verənlər və “Surmalu” ticarət mərkəzində baş verən partlayış sübut edir”, - deyə Aşotyan bildirib.

O xatırladıb ki, son bir həftə ərzində orduda 5 qeyri-döyüş şəraitində ölüm faktı qeydə alınıb.

O, Paşinyanı Ermənistan dövlətinin altında qoyulmuş bomba adlandırıb.

Aşotyanın sözlərinə görə, Brüssel və Moskvada Azərbaycan və Ermənistan liderlərinin görüşü hazırlanır.

Erməni siyasətçi daha çox imzalanmış sənədləri deyil, Paşinyanın verdiyi vədləri təhlükəli adlandırıb. O, Ermənistan hakimiyyətinin bir neçə ay əvvəl Laçını qaytaracağına söz verdiyinə inandığını bildirib.

“Bütün digər məsələlərdə də belə olacaq. Laçın ətrafında baş verən proseslər xəyanətdir. İctimaiyyət Azərbaycanın yol tikintisi ilə bağlı xəbərdarlıq edəndə, hakimiyyət müxalifəti Azərbaycan gündəminə xidmət etməkdə ittiham etdi”, - deyə Aşotyan vurğulayıb.

O bildirib ki, Ermənistan hakimiyyətinə yaxın oliqarxlar Türkiyə ilə sərhəddə torpaq alır, logistika mərkəzləri layihələndirir, pul yatırır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zəngəzur   Tavus  


Bizi "telegram"da izləyin