“Hraparak”: Papikyan ordu və müdafiə məsələləri ilə maraqlanmır

2022/06/1654855781.jpg
Oxunub: 348     14:33     18 Avqust 2022    
Ermənistanda faktiki çaşqınlıq hökm sürür, Qarabağda baş verən son insidentdən sonra İrəvanda ticarət mərkəzində partlayış baş verib. Eyni zamanda hakim partiyada qurultaya və rəhbərlik seçkilərinə hazırlıq böyük sürətlə davam edir.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Qeyd olunur ki, partiyanın siyasi şurasına kimlərin daxil olacağı artıq dəqiqləşir.

“Ölkədə güc Ermənistan hökuməti və parlamenti deyil, bu qurumlara daxil olan şəxslər olacaq, ona görə də Vətəndaş müqaviləsi partiyasının liderləri bu qurumları öz həmfikirləri ilə doldurmaq üçün hər şeyi edirlər.

Ordu və müdafiə məsələləri ilə maraqlanamayan müdafiə naziri Suren Papikyan öz adamlarını Müdafiə Nazirliyinə cəlb etməyə çalışır. Bu illər ərzində o, demək olar ki, icra hakimiyyətinin bütün qollarına qohumlarını yerləşdirməyi bacarıb, indi isə partiyasının siyasi şurasını “ələ keçirmək” işi ilə məşğuldur”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papikyan  


Bizi "telegram"da izləyin