Ermənistanın BQ rəisi yeni silahların alınması barədə danışıb: “Ordumuza lazım olanı biz seçirik”

2022/07/7sd78-1658138726.jpg
Oxunub: 848     14:47     17 Avqust 2022    
Dilicanda “Sülh döyüşçüsü” müsabiqəsi başlayıb, bu, Ermənistanda keçirilən beynəlxalq ordu oyunlarının bir hissəsidir. Tədbirin bu hissəsində Ermənistan Silahlı Qüvvələrini ölkənin Baş Qərargah rəisi təmsil edir. Ermənistan Müdafiə naziri Suren Papikyan isə Moskvaya səfər edib.

Rusiyada keçirilən tədbirlər çərçivəsində hərbi texnikanın sərgisi də planlaşdırılır.

Ermənistanda keçirilən “Sülh döyüşçüsü” Ordu Oyunlarının açılış mərasimində “Sputnik Ermənistan”a müsahibəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryan deyib ki, Ermənistan tərəfi təqdim olunan bütün nümunələrə böyük maraq göstərir.

“Və bu marağın nəticəsində biz silahlı qüvvələrimiz üçün nə lazımdırsa, onu seçirik”, - deyə o qeyd edib.

“Sülh döyüşçüsü” çərçivəsində Ermənistan, Rusiya, Belarus və Qazaxıstan silahlı qüvvələrinin komandaları 10 gün ərzində müxtəlif yarışlarda mübarizə aparacaqlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Silah  


Bizi "telegram"da izləyin