İsrail Britaniya ordusu üçün yerli şirkətlə birgə radar sistemi hazırlayacaq

2022/08/1660724072.jpg
Oxunub: 671     12:45     18 Avqust 2022    
Britaniyanın “Babcock International” şirkəti Britaniya Müdafiə Nazirliyinin “Serpens” layihəsi üçün radar sistemləri hazırlayacaq.

Ordu.az xəbər verir ki, şirkət radarların hazırlanması üçün İsrailin "Elta" şirkəti ilə əməkdaşlıq edəcək.

Britaniya hökumətinin rəsmi yeni nəsil silah aşkarlama sistemi olan “Serpens” raketlər, minaatanlar və digər artilleriya da daxil olmaqla düşmən silahlarını aşkar etmək üçün rəqəmsal şəbəkəyə malikdir.

“Elta” şirkəti hava hücumundan müdafiə və artilleriya silahlarının lokatoru olan Kompakt Multi-Missiya Radarını təklif edir.

Sevinc Əliyeva
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Britaniya  


Bizi "telegram"da izləyin