Filippin ABŞ-dan “Chinook” helikopteri almaq istəyir

2022/08/1660723954.jpg
Oxunub: 404     17:06     17 Avqust 2022    
Filippin “Chinook” ağır nəqliyyat helikopterləri almaq üçün ABŞ-la danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə Filippinin Vaşinqtondakı səfiri Xose Manuel Romualdez məlumat verib.

Rəsmi Manila hökuməti sanksiyalardan qaçmaq üçün Rusiya ilə 227 milyon dollar dəyərində helikopter müqaviləsini ləğv edib. Müqavilə çərçivəsində Rusiyadan 16 ədəd Mi-17 helikopteri alınması planlaşdırılırdı.

“Bu müqavilənin ləğvi əsasən Ukraynadakı müharibə ilə əlaqədardır. ABŞ və qərb ölkələrindən bizə qarşı sanksiyalar tətbiq edilməsi gözlənilsə də, açıq-aydın bu müqaviləni davam etdirmək bizim marağımıza uyğun deyil”, - deyə səfir bildirib.

Romualdez bildirib ki, “Chinook” Cənub-Şərqi Asiya ölkəsində qoşunların hərəkəti və fəlakətlərə hazırlıq üçün istifadə olunan mövcud avadanlıqları əvəz edəcək.

Filippin helikopterlər üçün ödənilən ilkin 38 milyon dolları geri almaq üçün Rusiya ilə müzakirələr aparır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Chinook   Filippin  


Bizi "telegram"da izləyin