ABŞ Tayvanın “Patriot” HHM sistemlərini təkmilləşdirəcək

2022/08/1660723912.jpg
Oxunub: 324     10:58     18 Avqust 2022    
ABŞ dörd il yarım ərzində Tayvan administrasiyasının “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri üçün əsaslı təkmilləşdirmələr və texniki xidmətlər göstərəcək.

Ordu.az xəbər verir ki, bu barədə “The Defence Post” nəşri məlumat yayıb.

Müqavilənin imzalanması Çinin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin mübahisəli səfərinə cavab olaraq Tayvan ətrafında bir sıra hərbi təlimlər keçirməsindən sonra baş verir.

Bu yaxınlarda imzalanmış 2,5 milyard yeni müqavilənin Tayvana "Patriot" raket sisteminin performansını qiymətləndirmək və yaxşılaşdırmaqda kömək edəcəyi bildirilir.

Bu, həmçinin silahların etibarlılığını və dəqiq zərbə qabiliyyətini gücləndirməyə kömək edəcək

Taypey özünün “Patriot Advanced Capability (PAC)-2” raketlərini PAC-3 “Guidance Enhanced Missiles” (GEM) səviyyəsinə yüksəltməyə çalışır.

PAC-3 raketləri qabaqcıl texnologiyanın köməyi ilə taktiki ballistik və qanadlı raketlərə qarşı effektivlik təmin edir.

Sevinc Əliyeva  
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tayvan  


Bizi "telegram"da izləyin