Rusiyanın “Checkmate” adlı qırıcısının ilk uçuş tarixi açıqlanıb

2022/08/Su-75-1660723702.jpg
Oxunub: 585     13:17     17 Avqust 2022    
Rusiya tərəfindən hazırlanan və 5-ci nəsil qırıcı hesab edilən Su-57 “Checkmate” döyüş təyyarələri ilk uçuşunu 2024-cü ildə həyata keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Denis Manturov məlumat verib.

Keçən il təqdim edilən döyüş təyyarəsi tək mühərrikə malikdir.

Manturov bildirib ki, layihə MAKS-2021 sərgisində təqdim olunduqdan sonra potensial müştərilərdən rəylər alınıb.

“Xərclərin optimallaşdırılması və texniki həllərin təhlili istiqamətində də işlər aparılıb, bu da rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağa imkan verib. Kommersiya cəlbediciliyi yerli tək mühərrikli təyyarələri inkişaf etdirərkən texniki riskləri azaldır”, - deyə o qeyd edib.

Manturov bildirib ki, təyyarə üzərində işlər indi ilk prototiplərin istehsalına hazırlıq mərhələsindədir.

Rusiya Birləşmiş Təyyarə Şirkətinin bir hissəsi olan "Suxoy" şirkəti tərəfindən hazırlanmış 5-ci nəsil yeni döyüş təyyarəsi ilk dəfə 20-25 iyul 2021-ci il tarixlərində Moskvada keçirilən MAKS-2021 Beynəlxalq Aviasiya Sərgisində nümayiş etdirilib.

İddiaya görə, təyyarənin qalxma çəkisi 18 tondan az olacaq və Su-57 döyüş təyyarələrində istifadə edilə “İzdeliye 30” mühərrikindən istifadə ediləcək.

Rusiyada hazırda 5-ci nəsil döyüş təyyarəsi yoxdur. Bu məqsədlə hazırlanmış ikimühərrikli Su-57 xüsusiyyətləri baxımından hələ 4,5 nəsil olaraq təyin olunmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Checkmate   Rusiya  


Bizi "telegram"da izləyin