Ordu.az xəbər verir ki, bu məqsədlə tərəflər arasında müqavilə imzalanıb.
Sözügedən müqavilənin imzalanması ilə iki ölkə Rusiya Hərbi Dəniz Qüvvələrinin Baltik Donanmasına ev sahibliyi edən Kalininqrad torpaqlarının Rusiya ilə dəniz daşımalarını məhdudlaşdırmağı hədəfləyir. Hazırda Baltik dənizində Kalininqrad və Rusiya arasında yeganə əlaqə Finlandiya körfəzindən keçir.
Estoniyanın müdafiə naziri Hanno Pevku iki ölkənin əlində olan sahil müdafiə raketlərinin mənzilinin Finlandiya körfəzinin genişliyindən qat-qat böyük olduğunu, beləliklə, sistemləri bir-biri ilə inteqrasiya edərək məlumat mübadiləsi apara bildiklərini vurğulayıb.
Estoniya 2021-ci ildə İsrail-Sinqapur birgə müəssisəsi olan “Proteus Advanced Systems” şirkətindən “Blue Spear” gəmi əleyhinə raketləri sifariş verib. Nazir Hanno Pevkur raketlərin təhvil verilməsindən sonra Finlandiya inventarındakı RBS-15 Gəmi Əleyhinə Raketləri MTO-85M Sahil Müdafiə Sisteminə birləşdirəcəklərini bildirib və əlavə edib ki, İsveç və Finlandiya NATO-ya daxil olduqdan sonra Baltik dənizi NATO-nun daxili dənizi olacaq.
Sevinc Əliyeva
Ordu.az