ABŞ donanması “Fire Scout” pilotsuz helikopterini hərbi təlimlərdə istifadə edib

2022/08/10125-1660723533.jpg
Oxunub: 384     14:55     17 Avqust 2022    
ABŞ Hərbi Dəniz Qüvvələrinin MQ-8C “Fire Scout “pilotsuz helikopteri Kaliforniya sahillərində keçirilən EABO təlimində iştirak edib.

Ordu.az xəbər verir ki, gəmi təlim zamanı uğurla havaya qaldırılıb və vəzifələrini icra edib.

Bundan əvvəl MQ-8C 21 iyun - 1 iyul tarixləri arasında “Qətiyyətli Ovçu” təlimində iştirak edib və cəmi 23 saat uçub. Təlim çərçivəsində Fire Scout gəmidən-sahilə imkanlarını da nümayiş etdirib.

“Fire Scout” hazırda Hind-Sakit okean regionunda “USS Jackson” (LCS-6) gəmisində yerləşdirilib. ABŞ Hərbi Dəniz Qüvvələri EABO təlimlərinin konsepsiyasına uyğun olaraq “Constellation” sinifli idarə olunan raket freqatlarında platformaları yerləşdirmək istəyir.

MQ-8 “Fire Scout” ABŞ Silahlı Qüvvələrinin istifadəsi üçün “Northrop Grumman” şirkəti tərəfindən hazırlanmış pilotsuz avtonom helikopterdir. Sistem quru, hava və dəniz qüvvələri üçün kəşfiyyat, situasiya məlumatlılığı, havadan atəş dəstəyi və dəqiq hədəfləmə dəstəyi təmin etmək üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Fire-Scout  


Bizi "telegram"da izləyin