Rusiyanın yeni “Sterequski” korveti dəniz sınaqlarına başlayır

2022/08/Russi-1660723491.jpg
Oxunub: 348     15:15     17 Avqust 2022    
Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasını gücləndirmək üçün inşa edilən “Sterequski” sinfinə məxsus “Rezki” korveti dəniz sınaqlarına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Korvet Rusiya Müdafiə Nazirliyi ilə ölkənin uzaq şərqində fəaliyyət göstərən Amur Gəmiqayırma Zavodu arasında imzalanan müqavilə çərçivəsində hazırlanıb.

Müqavilənin şərtlərinə uyğun olaraq, korvetlər 2024-2028-ci illərdə 4 il müddətində Sakit Okean Donanmasına təhvil veriləcək.

Sözügedən korvetlər gəmi əleyhinə “Uran” raketi və “Redut” hava hücumundan müdafiə raket sistemi daşıyır. Gəmi 100 mm-lik A-190 topları və 30 mm-lik hava hücumundan müdafiə silahları ilə təchiz olunub. Korvetlər, həmçinin Ka-27 hərbi helikopterləri daşıya bilir.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uran   Rusiya  


Bizi "telegram"da izləyin