ABŞ-ın yeni radarı sınaqlar zamanı çoxsaylı qanadlı raketləri aşkarlaya bilib

2022/08/1660723245.jpg
Oxunub: 539     22:30     17 Avqust 2022    
ABŞ-ın “Northrop Grumman” şirkətinin hazırladığı AN/TPS-80 radarı son sınaq zamanı çoxsaylı qanadlı raket təhdidlərini müvəffəqiyyətlə aşkarlaya və izləyə bilib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Müasir qabaqcıl radar sistemi atıldıqdan dərhal sonra eyni vaxtda hədəfləri izləyib və çoxsaylı qanadlı raketləri müxtəlif bucaqlardan tutmaq üçün real vaxt rejimində mühüm məlumatları ötürüb.

Sistem 360 dərəcə müşahidə əhatəsində çoxsaylı hava hədəflərinin eyni vaxtda izlənilməsini təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Northop  


Bizi "telegram"da izləyin