İsveçrədə F-35A alınması ilə bağlı referendum keçirilə bilər

2022/08/1660723217.jpg
Oxunub: 448     21:11     17 Avqust 2022    
İsveçrədə ABŞ-dan F-35A qırıcı təyyarələrinin alınması ilə bağlı referendum keçirilə bilər.

Ordu.az xəbər verir ki, ölkənin “Stop-F-35” adlı ittifaqı hökuməti məsələ ilə bağlı səsvermə keçirilməsinə məcbut etmək üçün kifayət qədər imza toplayıb.

Sol təmayüllü alyans İsveçrənin birbaşa demokratiya sistemi çərçivəsində istənilən mövzunun səsverməyə çıxarılması üçün tələb olunan 100.000 imzanı təhvil verib.

Səlahiyyətlilər imzaları yoxladıqdan sonra hökumətdən ümumxalq səsverməsinin tarixini təyin etməsi tələb olunacaq.

İsveçrə hökuməti keçən ilin iyun ayında ABŞ-ın “Lockheed Martin” şirkətindən 36 ədəd F-35A almağa razılıq verib. Müqavilənin ümumi dəyəri 6.3 milyard dollardır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   F-35  


Bizi "telegram"da izləyin