ABŞ Dəniz Piyadaları üçün ACV-30 amfibiya maşınları hazırlanacaq

2022/08/1660723188.jpg
Oxunub: 363     14:23     18 Avqust 2022    
ABŞ Dəniz Piyadaları Korpusu “BAE Systems Land & Armaments” şirkəti ilə sınaqda istifadə ediləcək çoxsaylı amfibiya döyüş maşınlarının istehsalı və çatdırılması üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Müqavilənin ümumi dəyəri 88 milyon dollardır. Şirkət sınaq üçün ACV-30 zirehli maşınları hazırlayacaq.

Şirkət vəsaitin 30 milyon dollarını müqavilənin ilkin mərhələsi üçün istifadə edəcək. Bu mərhələ tədqiqat, inkişaf, sınaq və qiymətləndirməni əhatə edir.

Müqavilə üzrə işlər Norveçdə, İtaliyada və ABŞ-dakı obyektlərdə yerinə yetiriləcək. Layihənin tamamlanma tarixi 2025-ci ilin iyuludur.

ACV “BAE Systems”in köhnə amfibiya maşınlarını və “Iveco” şirkətinin çoxməqsədli zirehli maşınlarını özündə birləşdirir və eyni vaxtda dəniz və quru missiyaları üçün effektivdir.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ACV   ABŞ  


Bizi "telegram"da izləyin