Ordu.az xəbər verir ki, hesablama sistemi “güclü” mənasını verən “Taingiwilta” olaraq adlandırılıb.
Superkompüter platforması məlumatları “standart kompüterdən milyon dəfə daha sürətli” emal edə bilir. Onun Avstraliya müdafiə elmi və mühəndislik problemləri üçün sürətli, mürəkkəb hesablamalar və böyük verilənlər bazası təhlili təmin edəcəyi gözlənilir.
“Taingiwilta” həmçinin müasir silah və milli təhlükəsizlik sistemlərinin hazırlanması, dizaynı və təhlili üzərində işləyəcək.
Avstraliya hökuməti hazırda infrastrukturu idarə edən işçi qüvvəsini artırmaq üçün kadrlar cəlb edir.
Superkompüter sistemi Avstraliya, Böyük Britaniya və Birləşmiş Ştatlar arasında üçtərəfli təhlükəsizlik paktı olan AUKUS-un dəstəklənməsində mühüm rol oynayacaq.
Sevinc Əliyeva