ABŞ ordusunun robot platformaları personal təhlükəsizliyi sistemi ilə təchiz ediləcək

2022/08/1660722925.jpg
Oxunub: 282     10:11     18 Avqust 2022    
ABŞ Ordusunun RCV-L robot platformaları personal təhlükəsizliyi sistemi ilə təchiz ediləcək.

Ordu.az xəbər verir ki, bununla əlaqədar olaraq “Stratom” şirkəti ilə müqavilə imzalanıb.

Şirkət müqavilənin bir hissəsi olaraq robot sistemlər üçün perimetr təhlükəsizliyi (P-SAV) sistemi təmin edəcək. Robot proqramı insansız quru platforması üçün tam 360 dərəcə perspektiv təmin edir. Sistem yaxınlıqdakı obyektləri ağıllı şəkildə izləmək və müəyyən etmək üçün maşın öyrənmə alqoritmi ilə təchiz edilib.

Digər avtomobil platformaları ilə uyğunluq üçün nəzərdə tutulmuş P-SAV sistemi məlumatı emal edən və onu RCV operatoruna ötürən yeni hazırlanmış proqram təminatı və lazımi tədbirlərin görülməsi üçün xüsusi kompüter sistemi ilə işlənib hazırlanıb.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Robot  


Bizi "telegram"da izləyin