Ordu.az xəbər verir ki, təyyarələr Avstraliyada yerləşdiriləcək.
6 “Eurofighter” qırıcısı və 7 hərbi nəqliyyat təyyarəsi “Rapid Pacific 2022” adlı missiya ilə Avstraliyaya getməzdən əvvəl Sinqapura enib.
Alman Hərbi Hava Qüvvələri bildirib ki, təyyarələr Avstraliya və Sinqapurdan sonra Yaponiya və Cənubi Koreyaya göndəriləcək.
Missiyanın məqsədi Almaniya ordusunun Hind-Sakit Okeandakı NATO daxilində və xaricində müttəfiqləri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini sınamaqdır.
Almaniya Hind-Sakit Okean hövzəsində mövcudluğunu artırmağa çalışır və 2021-ci ilin avqustunda 20 ildə ilk dəfə bu bölgəyə freqat göndərib.
6 “Eurofighter” və təxminən 250 Alman əsgəri Avstraliyada “Pitch Black” və “Kakadu” kimi tanınan iki təlimdə iştirak edəcək.
Missiyalar həm hava-hava, həm də hava-yer döyüş təlimlərini, o cümlədən gəmilərin havadan qorunmasına dair təlimləri əhatə edəcək.
Sevinc Əliyeva
Ordu.az