"Hraparak": Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaq, seçkilərdə iştirak edəcəklər

2021/08/29888-1628936677.jpg
Oxunub: 2773     12:12     17 Avqust 2022    
"Nikol Paşinyan MTX direktoruna Ermənistana daxil olmaq istəyən azərbaycanlıların təhlükəsizliyini təmin etməyi tapşırdıqda və azərbaycanlıların Ermənistan sərhədini onlar üçün ən əlverişli yerdən keçə biləcəklərinə zəmanət verəndə, bu, Ermənistanın növbəti dəfə İlham Əliyevə təslim edilməsi deməkdir".

Ordu.az xəbər verir ki, bunu “Hraparak” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, İlham Əliyev öz ölkəsinin təhlükəsizlik xidmətinə müvafiq tapşırıq verməyib.

“Nikol Paşinyan ağzından çıxan axmaqlığın ləzzətini dadarkən, İlham Əliyev yeni, lakin tamam başqa keyfiyyət və səviyyəli açıqlama verib. O bildirib ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq: “Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol”.

Belə çıxır ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaq, seçkilərdə iştirak edəcəklər.

Bəs Nikol niyə susur? Belə çıxır ki, İlham Əliyev Nikolu qarşıdan gələn “toyun” qonaqları sırasında belə hesab etmir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Azərbaycan  


Bizi "telegram"da izləyin