"Harop" və "Bayraktar"ın birgə istifadəsi ilə bağlı unikal təcrübə formalaşdırılıb - General-mayor

2022/08/16475-1660636358.jpg
Oxunub: 1945     11:51     16 Avqust 2022    
"Harop" pilotsuz uçuş aparatlarının Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfimdən tətbiqinə 2016-cı ildə başlanılıb. Aprel döyüşləri zamanı düşmən hərbçilərini daşıyan avtobus hərəkətdə olan zaman "Harop"la məhv edilib.

Ordu.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Vətən müharibəsi zamanı da "Harop" aktiv istifadə edilib. Məlumata görə, PUA yalnız zərbə üçün yox, həmçinin kəşfiyyat məqsədilə tətbiq edilib.

General-mayor bildirib ki, "Harop" və "Bayraktar"ın birgə istifadəsi ilə bağlı unikal təcrübə formalaşdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Harop   Bayraktar   DSX  


Bizi "telegram"da izləyin