İrəvandakı partlayışda ölənlərin sayı 16-ya çatıb, 17 nəfər itkin sayılır

2022/08/ratio-1660634396.jpg
Oxunub: 312     11:19     16 Avqust 2022    
İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Ordu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan açıqlama verib.

O, ölənlərdən yalnız 6 nəfərin şəxsiyyətinin müəyyənləşdirildiyini əlavə edib.

“Daha 17 nəfər itkin düşmüş şəxslər siyahısındadır”, - Ayk Kostanyan deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Partlayış  


Bizi "telegram"da izləyin