DSX rəisinin müavini: "Terrorçuluğa qarşı mübarizədə 6 nəfər şəxs saxlanılıb"

2022/08/29153-1660633904.jpg
Oxunub: 344     11:07     16 Avqust 2022    
“Son bir il ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib”.

Ordu.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb:

“Qanunsuz müqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 14 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Terrorçuluğa-qarşı-mübarizə  


Bizi "telegram"da izləyin