Krımda silah anbarı partlayıb, yaralılar var - YENİLƏNİB-4

2022/08/62f25-1660051892.jpg
Oxunub: 806     10:29     16 Avqust 2022    
Rusiyanın nəzarəti altında olan Krım yarımadasının şimalında silsilə partlayışlar zamanı 2 nəfər xəsarət alıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksenov açıqlama verib.

Rusiya Müdafiə Nazirliyi isə Krımın Mayskoe kəndində hərbi hissələrdən birində döyüş sursatlarının müvəqqəti saxlanıldığı ərazidə yanğın və sonradan partlayışların baş verdiyini açıqlayıb. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

*****

Rusiya Müdafiə Nazirliyi Krımın Canköy rayonundakı hərbi hissədə baş vermiş partlayışı təsdiqləyib.

Ordu.az TASS-a istinadən bildirir ki, bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, hadisə nəticəsində ciddi itki olmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir:

“Hadisənin səbəbləri araşdırılır”.

*****

Yerli sakinlər Krımın Mayskoye kəndindən çıxarılır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Mayskoye kənd yaşayış məntəqəsinin administrasiyasından bildirilib.

Məlumata görə, onlar öz maşınları və ya qoşunları ilə birlikdə kəndi tərk edirlər. Buna imkanı olmayanlar isə avtobuslarla təxliyə edilirlər.

Qeyd edək ki, daha əvvəl Krımda iki böyük partlayışın baş verdiyinə dair məlumat yayılmışdı.

*****

Bu gün Krımın Canköy rayonunda ikinci partlayış baş verib.

Ordu.az “RBK Ukraina”ya istinadən bildirir ki, ərazidəki transformator yarımstansiyasında da partlayış olub.

Xatırladaq ki, daha əvvəl Rusiyaya məxsus silah-sursat anbarında partlayış, ardınca yandığı barədə məlumat yayılmışdı.

*****

Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib.

Ordu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.

Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.

Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub.

Hazırda yanğın davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Krım   Partlayış  


Bizi "telegram"da izləyin