Ukrayna aviasiyası Cənubda Rusiyanın iki məntəqəsini vurub

2022/05/41_20-1651660051.jpg
Oxunub: 393     05:18     16 Avqust 2022    
Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ölkənin cənubunda Rusiya ordusunun iki dayaq məntəqəsini və silahlarının cəmləşdiyi iki ərazini məhv ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Cənub Əməliyyat Komandanlığının “Facebook” hesabında məlumat yayılıb.

Qeyd olunur ki, Cənub Buq istiqamətində vəziyyət çətin olsa da nəzarət altındadır.

O cümlədən, Rusiya ordusunun tərkibində və mövqeyində ciddi dəyişikliklər baş verməyib.

“Quruda uğur qazana bilməyən Rusiya bölmələrimizin mövqelərinə qarşı aviasiyadan istifadə etməyə davam edib. Lakin 14 hava hücumu uğursuz alınıb”, - deyə məlumatda bildirilir.

Eyni zamanda, Ukrayna aviasiyası Novopetrovka və Maksimovka rayonlarında iki dayaq məntəqəsini və Rusiya ordusunun silah və texnikasının cəmləşdiyi iki ərazini vurub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin