SEPAH Rusiya və Ermənistana PUA-lardan istifadəyə dair təlim keçir

2021/11/stc-o-1637907716.jpg
Oxunub: 916     19:42     15 Avqust 2022    
İran İslam İnqilab Keşikçiləri (SEPAH) Aerokosmik Qüvvələri Kaşan aviabazasında Rusiya ilə birgə PUA təlimlərinin keçirildiyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu təlimlərdə Belarus və Ermənistan da iştirak edib.

Həmin təlimlərin sözçüsü Əli Bilali bu təlimlərin “Beynəlxalq Hərbi Yarışlar 2022” çərçivəsində olduğunu qeyd edib.

O, Kaşandakı PUA təlimlərinin bu gündən "elektrikli və pistonlu pilotsuz təyyarə mühərrikləri" sahəsində təşkil olduğunu və 12 gün müddətində davam edəcəyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   İran   Rusiya  


Bizi "telegram"da izləyin