Ermənilər əşyalarını yığsalar da, hələ Laçından çıxmayıblar

2022/04/1651218154.jpg
Oxunub: 1155     16:20     15 Avqust 2022    
Laçında qanunsuz məskunlaşan ermənilər əşyalarını toplayıb, ancaq hələ şəhəri tərk etməyiblər.

Ordu.az xəbər verir ki, bunu qondarma qurumun Laçındakı “nümayəndəsi” Narek Aleksanyan məlumat verib.

O, 170 nəfərin Laçını tərk edəcəyini deyib. Ermənilərin hansı istiqamətə gedəcəkləri məlum deyil. Onlar ya Xankəndiyə, ya da Ermənistana köçəcəklər.

Aleksanyan yeni yol boyunca yerləşən kəndlərdəki ermənilərin köçürülüb-köçürülmədiyini bilmir.

Şəhəri tərk edən ermənilərin evləri yandırmasına toxunan Aleksanyan “təhlükəsizlik problemləri”nin olduğunu və ermənilərin evləri yandırmamasına üstünlük verdiyini qeyd edib.

O, şəhərdəki kilsənin üzərindəki xaç daşlarının da daşındığını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Qarabağ  


Bizi "telegram"da izləyin