69 yaşlı Ağvan Hovsepyan qanunsuz olaraq sahibkarlıq fəaliyyətində iştirakda, xüsusilə külli miqdarda rüşvət almaqda, çirkli pulların yuyulmasında ittiham olunur. Hovsepyan 2004-2013-cü illərdə Ermənistan Baş prokuroru olub. 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyinə qədər Ermənistan İstintaq Komitəsinin sədri olub. Serj Sarkisyanın istefasından bir gün sonra Hovsepyan yeni hökumətlə işləyəcəyini desə də, iki ay sonra istefa ərizəsini təqdim edib.
Erməni siyasi xadim, keçmiş siyasi məhbus Vardan Malxasyan deyib ki, siyasətin qızıl qaydası var.
“İstənilən yeni hakimiyyət sələflərinin ağır cinayətlərini üzə çıxarmasa və günahkarları sərt cəzalandırmasa, deməli, sələflərindən daha təhlükəli, həssas və biabırçı olacaq. Hər kəs yaxşı bilir ki, cinayət cəzasız qalanda yeni cinayətlərə yol açır. Ağvan Hovsepyana qarşı bir sıra ağır maddələrlə ittiham irəli sürülüb və bu şərtlər daxilində həbs-qətimkan tədbiri dəyişdirilməməli idi”, - deyə o qeyd edib.
Malxasyan deyib ki, Ermənistan hökuməti zəifdir və qorxur, cinayətkarları cəzalandıra bilmir.
“Ağvan Hovsepyanın azadlığa buraxılması presedentə çevriləcək və bundan sonra da oxşar hallar davam edəcək. Təəssüf ki, həkimlərimizin çoxu pul həvəskarıdır, rüşvətxordur, hakimlər, prokurorlar da belədir. Saxta kağızlarla həbs-qətimkan tədbiri formalaşdırır və onun səhhətində problem olduğunu deyirlər”, - deyə keçmiş erməni siyasi məhbus bildirib.
Alpər Mövludoğlu
Ordu.az