Erməni analitik: “Nə qədər ki, Ermənistan “şər imperiyası”nın kölgəsindədir, real müttəfiqlər tapmaq çətin olacaq”

2022/08/1660566156.jpg
Oxunub: 651     17:28     15 Avqust 2022    
“Ermənistan demokratik ölkə kimi demokratiya forumuna dəvət olunur, ancaq eyni zamanda rəsmi İrəvan hələ də KTMT və AİB-dədir. Ancaq bu, problemlidir”.

Ordu.az xəbər verir ki, bunu erməni analitik Marat Hakopyan deyib.

O qeyd edib ki, qeyd olunan bu postsovet birliklərinin təşəbbüskarı təcavüzkar ölkədir və heç kimə sirr deyil ki, Rusiya Federasiyası dünyada “şər imperiyası” kimi qəbul edilir.

“Nə qədər ki, Ermənistan “şər imperiyası”nın kölgəsindədir, real müttəfiqlər tapmaq çətin olacaq”, - deyə ekspert bildirib.

Hakopyan vurğulayıb ki, Qarabağdakı rus qoşunları sülhməramlı deyil, onların legitim beynəlxalq sülhməramlı mandatı yoxdur

“Putin üçün Qarabağ erməniləri rus hərbçilərinin mövcudluğu üçün sadəcə bəhanədir, Kreml üçün sərfəli olmağı dayandıran kimi onlar öz kontingentinin “statusunu” dəyişəcəklər”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin