ABŞ və Norveç şirkətləri yeni 155 mm-lik mərmini sınaqdan keçirib

2022/08/norve-1660560742.jpg
Oxunub: 368     16:43     15 Avqust 2022    
ABŞ-ın “Boeing” və Norveçin “Nammo” şirkətləri ABŞ ordusunun uzun mənzilli dəqiq atəş qabiliyyətini modernləşdirmək səyləri fonunda yeni 155 mm-lik mərmini sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Boeing” məlumat yayıb.

Norveçin “Andøya Test Mərkəzi”ndə keçirilən sınaq zamanı “Ramjet 155” adlı mərmi L39 topundan atəşə tutulub və onun mühərriki uğurla alovlanıb

Şirkətlər L39 və L58 toplarında istifadə üçün mərmi dizayn etməyi hədəfləyirlər.

Sınaq ABŞ Ordusunun 150 km-ə qədər məsafəyə çata bilən mərmi üçün inkişaf proqramının bir hissəsidir. “Raytheon” və NG şirkətləri də proqram üçün sursatlar hazırlayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AB>   Norveç  


Bizi "telegram"da izləyin