Hindistan və Rusiya körfəz ölkələrinə “BrahMos” qanadlı raketlərini satmağa çalışır

2021/07/BrahM-1626157917.jpg
Oxunub: 416     10:55     16 Avqust 2022    
Filippin hökuməti ilə “BrahMos” raketlərinin satılması üçün müqavilə imzaladıqdan sonra Hindistan silahları Cənub-Şərqi Asiyanın digər ölkələrinə və Fars körfəzindəki ölkələrə satmağa çalışır.

Ordu.az xəbər verir ki, bu barədə “BrahMos Aerospace” şirkətinin baş direktoru Atul Ran TASS-a bildirib.

2022-ci ilin yanvarında Hindistan 3 “BrahMos” gəmi əleyhinə raket kompleksinin tədarükü üçün Manila ilə 375 milyon dollarlıq müqavilə imzalayıb.

O qeyd edib ki, Cənub-Şərqi Asiya və Yaxın Şərqdə 3 və ya 4 ölkə yaxın illərdə “BrahMos” raketləri ala bilər: “Bu ölkələrə Vyetnam, İndoneziya, Malayziya daxil ola bilər. Yaxın Şərqdə bu, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ola bilər”.

“Financial Express Online” nəşrinin məlumatına görə, Oman da “BrahMos” raketlərinə maraq göstərib. Mənbələr təsdiqləyiblər ki, İndoneziya ilə danışıqlarda irəliləyiş əldə olunub.

“BrahMos” raketi Hindistan DRDO və Rusiyanın “NPO Mashinostroeniya” İnstitutu tərəfindən birgə hazırlanır.

Məlumata görə, “BrahMos-II” qanadlı raketinin hipersəs versiyası Rusiyanın “Zirkon” raketi ilə eyni performans xüsusiyyətlərinə malik olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BrahMos   Hindistan  


Bizi "telegram"da izləyin