İsveç Ukrayna üçün silah istehsal edəcək

2022/06/1656585450.jpg
Oxunub: 438     14:42     15 Avqust 2022    
İsveçin müdafiə naziri Peter Hultkvist krallığın Ukrayna üçün silah istehsal edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə o, SVT telekanalına müsahibəsində bildirib.

Nazir Kopenhagendə baş tutan Ukrayna üzrə donor konfransının nəticələrini şərh edərkən deyib: “Mən bunu istisna etmirəm, lakin bunu söyləmək hələ tezdir”.

17 ölkənin müdafiə idarələri rəhbərlərinin iştirakı ilə keçirilən konfransda Ukraynaya uzunmüddətli dəstəyin üç əsas istiqaməti - hərbi təlim, minalardan təmizləmə və silah istehsalı müəyyən edilib.

“Biz hər üç sahədə iştirak edirik, lakin sonra işlərin necə olacağını görəcəyik”, - deyə Hultqvist qeyd edib və Stokholmun Böyük Britaniyada Ukrayna hərbçilərinin təlimi proqramında iştirakını genişləndirə biləcəyini bildirib.

İsveçli nazirin sözlərinə görə, Slovakiya, Polşa və Çexiya artıq Ukrayna üçün silah istehsalında maraqlı olduqlarını bildiriblər.

“Biz Ukraynaya birbaşa tədarük edilə bilən silahların istehsalı üçün müxtəlif ölkələrdə istehsal xətlərindən istifadə etməkdən danışırıq. Biz münaqişənin uzanacağını gözləyirik və buna görə də inanırıq ki, indiyə qədər edilən tədarüklər birbaşa istehsalla tamamlanmalıdır”, - deyə o qeyd edib.

Ukraynada müharibə başlayandan bəri İsveç Kiyevi bir neçə silah partiyası ilə təmin edib. Xüsusilə, mart ayında Stokholm 5000 tank əleyhinə silahın göndərildiyini elan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Isve   Ukrayna  


Bizi "telegram"da izləyin