ABŞ-da lazer sistemi ilə təchiz edilən yeni döyüş modulu nümayiş etdirilib

2022/08/moog-1660560552.jpg
Oxunub: 441     19:51     15 Avqust 2022    
Amerikanın “Moog Inc” şirkəti Alabama ştatının Huntsville şəhərində keçirilən “Kosmik və Raketdən Müdafiə 2022” simpoziumunda lazer sistemi ilə təchiz edilən yeni döyüş modulu nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Yeni döyüş modulu IM-SHORAD qısa mənzilli hava hücumundan müdafiə sistemi kimi “Stryker” zirehli maşınınlarının şassisində təchiz edilmək üçün nəzərdə tutulub.

Modulun silahlanması 30 mm-lik XM914 avtomatik top, koaksial 7,62 mm-lik M240 pulemyotu, 2 “Stinger” raket buraxılış qurğusu və 20 kilovatlıq LOCUST lazer sistemindən ibarətdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AB>   Lazer  


Bizi "telegram"da izləyin