Yunanıstan əlavə F-16 “Blok-70” qırıcıları sifariş verməyə hazırlaşır

2022/08/Yunan-1660560343.jpg
Oxunub: 755     16:28     15 Avqust 2022    
Yunanıstan F-16 “Blok 70” modernləşdirmə proqramı çərçivəsində əlavə sifarişlər verməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu kontekstdə “Lockheed Martin” şirkəti ilə danışıqlar aparılır.

“Blok 70” modernizasiya layihəsi çərçivəsində Yunanıstan Hərbi Hava Qüvvələri 84 ədəd F-16 “Blok 52+” təyyarəsinin modernləşdirilməsi ilə yanaşı, 38 ədəd F-16 “Blok 50” döyüş təyyarəsini də inventarına daxil etməyi planlaşdırır.

Yaxın günlərdə Yunanıstan Hərbi Hava Qüvvələrinin ABŞ-a 38 ədəd F-16 “Blok” 50 təyyarəsinin modernləşdirilməsi ilə bağlı tələb məktubu göndərəcəyi gözlənilir. Təsdiq ediləcəyi təqdirdə, F-16 “Block 50” təyyarələrinin modernləşdirilməsinin HAI-nin subpodratçısının nəzarəti altında “Nea Anchialos” aviabazasında həyata keçirilməsi planlaşdırılır.

Eyni zamanda, “Blok 52” təyyarələrinin modernləşdirilməsi işləri hələ də davam etdirilir. İndiyədək 2 ədəd F-16 “Block 52” təyyarəsi “Blok 70”ə yüksəldilib və sınaq üçün “Lockheed Martin” müəssisələrinə göndərilib.

“Blok 70/72” modernizasiyasından keçən təyyarələr digər F-16-lardan fərqli olaraq 4++ nəsil kimi təsnif edilir. Bu çərçivədə ən mühüm addım mövcud radar sisteminin “Northrop Grumman” şirkətinin APG-83 AESA radarı ilə əvəz edilməsi olacaq.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   F-16  


Bizi "telegram"da izləyin