Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri məlumat yayıb.
Şirkətin istehsal etdiyi sistemlər döyüş modulları, MANPADS (portativ HHM sistemləri) və TƏİRK kimi bir çox silahların görüntüləmə və hədəfləmə ehtiyaclarını qarşılayır.
Ukraynanın Kiyev Dizayn Bürosu tərəfindən hazırlanmış RK-3 “Korsar” 2,5 kilometr uçuş məsafəsinə malikdir. Çəkisi 36 kq olan sistem lazer şüası tuşlama sistemindən istifadə edir. “Korsar” kumulyativ tandem döyüş başlığına və qəlpəli fuqas döyüş başlığına malik raketlərə malikdir.
2017-ci ildən xidmətdə olan “Korsar” Rusiya-Ukrayna müharibəsindən əvvəl ruslarla qarşıdurmalarda ukraynalı əsgərlər tərəfindən məhdud sayda istifadə edilib. Müharibənin başlaması ilə “Korsar” cəbhə xəttində daha tez-tez görünməyə başlayıb. “Korsar” sistemi ASELSAN-ın TTC120 termal görüntüləmə sistemi ilə də Səudiyyə Ərəbistanına ixrac edilib. İxrac uğurlarına baxmayaraq, “Korsar” Ukrayna Silahlı Qüvvələri tərəfindən “Stugna-P” sistemi qədər aktiv istifadə edilmir.
Ukraynanın Luç Dizayn Bürosu tərəfindən hazırlanmış “Stugna-P” və ya “Skif” TƏİRK-ləri də ASELSAN tərəfindən hazırlanmış termal görüntü sistemlərindən istifadə edir. Sistemə ASELSAN-ın “Dörtgöz-S” termal sistemi inteqrasiya edilib.
Sevinc Əliyeva
Ordu.az