Ukraynada Rusiya casusu saxlanılıb

2022/04/rus-1649485773.jpg
Oxunub: 404     11:55     15 Avqust 2022    
Ukraynada Rusiyanın xüsusi xidmət orqanlarına casusluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, saxlanılan şəxs Odessa vilayətində həkim vəzifəsində fəaliyyət göstərib.

Onun Ukrayna Silahlı Qüvvələrinin mövqeləri və hərbi obyektləri barədə qarşı tərəfə məlumat ötürdüyü aşkarlanıb.

Onun barəsində Cinayət Məcəlləsinin 111-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin