Küveyt 6 il sonra İrana yeni səfir təyin edib

2022/08/1660540277.jpg
Oxunub: 304     07:59     15 Avqust 2022    
Küveyt 6 il sonra İrana yeni səfir təyin edib.

Ordu.az-ın məlumatına görə, Küveyt hökumətinin yeni səfiri Bədr Abdulla əl-Manix şənbə günü etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiana təqdim edib.

Küveytin Xarici İşlər Nazirliyi də əl-Manixin ölkənin Tehrandakı səfirliyinə təyin olunduğunu təsdiqləyib.

Qeyd edək ki, 2015-ci ildə İranın Ali Liderinin tərəfdarları Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum etdikdən sonra Ər-Riyad Tehranla münasibətləri kəsdi.

Bir il sonra Küveyt Fars körfəzinin digər ərəb ölkələri ilə birlikdə Səudiyyə Ərəbistanına həmrəylik əlaməti olaraq Tehrandakl səfirliklərini geri çağırdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Küveyt  


Bizi "telegram"da izləyin