İrəvanda ticarət mərkəzindəki yanğında 20 nəfərin taleyi məlum deyil

2022/08/62f91-1660500494.jpg
Oxunub: 691     20:56     14 Avqust 2022    
İrəvanda “Surmalu” Ticarət Mərkəzindəki yanğında 20 nəfərin taleyi barədə məlumat yoxdu.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Hayk Kostanyan bildirib.

O bildirib ki, hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, bu gün günorta saatlarında başlayan yanğında son məlumatlara görə, 2 nəfər ölüb, 60 nəfər yaralanıb.

Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış pirotexnika dükanında baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İrəvan  


Bizi "telegram"da izləyin