Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Suren Papikyanın Moskvada rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü planlaşdırılır.
"Avqustun 14-də müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və digər yüksək rütbəli rəsmilərlə görüşlər nəzərdə tutulub", - məlumatda bildirilir.
Ordu.az