ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edəcək

2022/07/1658124412.jpg
Oxunub: 697     16:16     14 Avqust 2022    
ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters“ Tayvandakı Amerika İnstitutuna istinadən məlumat yayıb.

Senator Ed Markın rəhbərlik etdiyi Konqresin nümayəndə heyəti bu gün – bazar günü Tayvana səfər edəcək. Səfər iki gün davam edəcək. Tayvan administrasiyası ilə görüşlərdə ikitərəfli əlaqələr, regional təhlükəsizlik və qlobal ərzaq tədarükü məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Asiya turu çərçivəsində Tayvana səfəri Çin-ABŞ münasibətlərində gərginliyə yol açmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tayvan  


Bizi "telegram"da izləyin