Slovakiya Ukraynaya 4 ədəd özüyeriyən zenit qurğusu verib

2022/06/Slova-1655116312.jpg
Oxunub: 526     08:31     14 Avqust 2022    
Ukrayna Slovakiyanın əvvəllər tədarükünü vəd etdiyi ilk dörd ədəd “Zuzana” özüyeriyən artilleriya qurğusunu alıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə “RBC-Ukraina” Slovakiyanın müdafiə naziri Yaroslav Nadın tviter səhifəsinə istinadən məlumat yayıb.

Nazir qeyd edib ki, ilk 4 artilleriya qurğusu artıq Ukrayna hərbçilərinin sərəncamındadır.

“Onlar istifadə olunmağa və Rusiya təcavüzkarlarından qorunmağa hazırdırlar”, - Nad vurğulayıb.

Daha əvvəl Nad tviter səhifəsində Slovakiya və Ukraynanın 8 ədəd “Zuzana 2” artilleriya qurğusu tədarükü barədə razılığa gəldiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Ukrayna  


Bizi "telegram"da izləyin