İraq və Suriyada terrorçular məhv edilib

2020/01/56756-1579241108.jpg
Oxunub: 647     04:43     14 Avqust 2022    
Türkiyə xüsusi təyinatlıları İraqın şimalında PKK-nın daha 3 terrorçusunu məhv edib.

Ordu.az-ın xəbərinə görə, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlılar “Pençe-Kilit” antiterror əməliyyatı zonasında məhv ediliblər.

Nazirlik Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmini vurğulayaraq, türk hərbçilərin əməliyyatlarının uğurlu və səmərəli olduğunu qeyd edib.

Türkiyə ordusu eyni zamanda PKK-YPG terror təşkilatının Suriya qanadının 5 silahlısını məhv edib. Qeyd edilir ki, silahlılar Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatı keçirilən ərazini atəşə tutub. Buna cavab olaraq terrorçuların olduğu yerə artilleriya zərbəsi endirilib.

“Terrorçuların yeri hər dəfə aşkar olunduqda onlar məhv ediləcək”, - Milli Müdafiə Nazirliyi vurğulayıb.

Qeyd edək ki, PKK silahlıları 1984-cü ildən Türkiyədə bir sıra terror aktları həyata keçiriblər. Nəticədə Türkiyənin türk təhlükəsizlik qüvvələrinin minlərlə əməkdaşı, habelə mülki vətəndaşlar həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Suriya   Terror  


Bizi "telegram"da izləyin