Zelenski Donbassda ən qaynar nöqtələrin adını açıqlayıb

2022/08/1660453168.jpg
Oxunub: 601     02:42     14 Avqust 2022    
Donbassda şiddətli döyüşlər davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

“Bu istiqamətlər cəbhənin ən qaynar nöqtələridir: Avdeyevka, Maryinka, Peski, Baxmut”, - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, Rusiya ora böyük miqdarda hərbi resurslar göndərib.

“Xarkov vilayəti. Ukraynanın müdafiəsi burda güclüdür. Onların hücum cəhdləri daim uğursuz olur. Ölkənin cənubundakı mübarizədə Rusiya ordusunun güc və vasitələri məhv edilib”,-deyə Zelenski vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin