Rusiya Federasiya Şurası sədrinin müavini, keçmiş baş nazir və keçmiş prezident Medvedyev bildirib ki, əgər Ukrayna və Qərb AES-in hədəfə alınmasını “qəza” hesab etsələr, bu cür “qəzalar” Avropadakı AES-lərdə də baş verə bilər.
Ümumiyyətlə, Medvedev son vaxtlar Rusiya elitasının ən aqressiv və sərt “sözçüsü” rolunu öz üzərinə götürüb. Üstəlik, bəzən o qədər sərt və aqressiv olur ki, postları silib hər şeyi hakerlərin üzərinə atır, məsələn, Gürcüstan və Qazaxıstana qarşı hədələyici yazıda o belə etdi.
Rusiya elitaları arasında münasibətlər və Zaporojye AES ətrafında cərəyan edən hadisələr Avropada nüvə fəlakəti üçün ən ciddi təhlükədir.
Son dərəcə mühüm humanitar problemlə yanaşı, regionumuz baxımından da böyük əhəmiyyət kəsb edən daha bir kifayət qədər təhlükəli vəziyyət də var. Hərbi-siyasi münaqişə vəziyyətlərində nüvə obyektlərinə münasibətdə “tabular”ın pozulması və ya aradan qaldırılması və “qırmızı xətlər”in aradan qaldırılması üçün presedent yaradıla bilər. Qafqaz geosiyasi “qaynar regiondur” və burada da hadisələrin gedişi kifayət qədər gözlənilməzdir, sabitliyə qətiyyən təminat verilmir. Və belə bir halda, regionda artıq mövcud olan təhlükəsizlik risklərinin idarə edilməsi, azaldılması və məhdudlaşdırılması üçün böyük səylər tələb olunduğu halda, hərbi-siyasi münaqişə vəziyyətlərində nüvə obyektlərinə qarşı “qırmızı xətlər”in daralması presedentinin olması çox arzuolunmazdır.
Sevinc Əliyeva
Ordu.az