Tehran Zəngəzura iddia etməyə başlayıb? – İrəvan çaşqın vəziyyətdə

2021/12/89089-1639730832.jpg
Oxunub: 1805     14:23     15 Avqust 2022    
İrəvan Ermənistan-İran sərhədi ətrafında baş verənlərə praktiki olaraq sükutla reaksiya verir, rəsmi Tehran isə bununla bağlı kifayət qədər kəskin bəyanatlar verir.

İranın ISNA agentliyinin məlumatına görə, İran prezidentinin aparat rəhbəri Məhəmməd Cəmşid Ermənistanın baş naziri ilə İran prezidenti arasında son telefon danışığı barədə məlumat verib. O bildirib ki, Rəisi Nikol Paşinyanla söhbətində İran ilə Ermənistan sərhədinin nəyin bahasına olursa-olsun qorunub saxlanmalı olduğunu vurğulayıb.

Sözün özü narahatedicidir, çünki “nəyin bahasına olursa-olsun” ifadəsi hazırkı çağırış və ya risk qarşısında sadəcə olaraq Ermənistan-İran sərhədinin adi prosedurla saxlanmasının kifayət etmədiyini göstərir.

İranın narahatlığı heç də Ermənistan üçün eyni narahatlığı ifadə etmir. İrəvan Rusiyanın Ermənistan-İran sərhədi ilə bağlı açıqlamasına reaksiya verməyib.

Tehranın son bir neçə gündə müxtəlif səviyyələrdə bir-birinin ardınca Ermənistan-İran sərhədi ilə bağlı narahatedici bəyanatlar verməsinin səbəbi nədir? Niyə bu bəyanatlar intensivləşib. Artıq Ermənistanın özü də bunu başa düşmür, yəni Tehran Zəngəzura iddia etməyə başlayıb?

Aqil Məmmədov
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zəngəzur  


Bizi "telegram"da izləyin