İlham Əliyevin siyasəti bütün yad gündəmləri alt-üst edir – ANALİZ

2022/08/16603-1660565896.jpg
Oxunub: 656     16:17     15 Avqust 2022    
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ müharibəsindən sonra Moskvada bir neçə dəfə görüşüblər. Hər görüşdə müəyyən razılıq əldə olunub. Rusiyanın vasitəçiliyi ilə 10 noyabr, 11 yanvar, 26 noyabr bəyanatları qəbul edilib.

Yəni Moskvadakı görüşlər anlaşılan və məntiqli gündəmlərlə baş tutub. Bütün görüşlərin məntiqi izahı var idi.

Ancaq Rusiya-Ukrayna müharibəsi hətta bu məsələdə də öz izini buraxıb. Azərbaycan və Ermənistan liderləri yalnız Moskvada deyil, Brüsseldə də görüşlər keçiriblər. Üstəlik, paralel keçirilən görüşlərin Moskva ilə Brüssel arasında yeni rəqabətin əsasını qoyduğu heç kimə sirr deyildi.

Azərbaycan lideri bu rəqabətdən öz maraqlarımız üçün uğurla istifadə edib. Erməni ekspertlər deyir ki, Paşinyan öz təcrübəsizliyi ilə erməni tərəfini daha çətin vəziyyətə sala bilər.

Həm ruslar, həm də Qərb Qarabağ məsələsi ilə bağlı olmayan öz gündəmlərini irəli sürməyə çalışırlar. Məsələn, Qərbin əsas problemi rus qoşunlarının Qarabağdan çıxarılmasıdır, ona görə tezliklə Qarabağla bağlı hansısa saziş əldə etməyə can atırlar. Rusların isə bölgədə varlığını davam etdirməsi üçün sülhməramlılara ehtiyacı var.

Ermənistan məğlub olan tərəfdir və bu o deməkdir ki, Azərbaycan öz qələbəsindən diplomatik platformada ermənilərdən daha çox yararlana bilir. Bunun nəticəsində Azərbaycanla birbaşa münaqişədən qaçmaq üçün Paşinyan hesab edir ki, “status” məsələsi ilə bağlı geri addım atmaq olar.

Paşinyan bununla “bir güllə ilə iki dovşan vurmaq” istəyir. Bir tərəfdən o, Qərb tərəfindən “konstruktiv” fiqur kimi qəbul edilir, digər tərəfdən Azərbaycanı sakitləşdirməyə çalışır.

Azərbaycan Qərbin və Paşinyanın fikirlərini nəzərə alaraq Moskvadan Qarabağ məsələsi ilə bağlı yekun fikrini bildirməsini tələb edir. Amma Rusiya bu məsələni tərəflərə təzyiq vasitəsi kimi saxlamağa çalışır. Ermənistan isə buna kömək edir.

Moskva bu gün bildirir ki, o, Qarabağ məsələsini fransız və amerikalılarla hər hansı platformada müzakirə etməyə hazır deyil. Moskvada çox yaxşı başa düşürlər ki, müzakirə həmin platformada başlasa, Rusiya Qarabağı təkr etmək məcburiyyətində qalacaq. Beləliklə, Moskva bu gün Qərbin təzyiqini hiss etdiyi zaman çətin vəziyyətdə qalıb.

Ermənistanın indiki siyasi meydanında mükəmməl reallıq hissi yoxdur, burada əsas məqsəd problem həll etmək deyil, uzatmaqdır. Erməni siyasətçilərin əsas məqsədi real iş görmək deyil, bütün günahları bir-birinin üzərinə ataraq problemin həllini uzatmaqdır.

Ermənistan böhranlı vəziyyətdən çıxa bilmir və insanlar ölkədəki daxili proseslərdən çıxış yolu tapmaq əvəzinə, ölkəni tərk edirlər.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Rusiya  


Bizi "telegram"da izləyin