Tehrandan Ermənistan-İran sərhədi ilə bağlı qeyri-müəyyən həyəcan təbili – Rusiya müdaxilə edir

2022/08/1659972542.jpg
Oxunub: 2192     14:52     14 Avqust 2022    
İranın Ermənistandakı keçmiş səfiri, bu ölkənin xarici işlər nazirinin keçmiş müavini, hazırda isə nazirin müşaviri olan Seyid Kazım Səccadi “Twitter”də yazıb ki, Ermənistan-İran sərhədi ilə bağlı narahatedici elementlər var.

İranlı diplomat Ermənistanın ünvanına kifayət qədər “şirin” sözlər işlədib. O deyib ki, İranın çoxlu yaxşı qonşuları yoxdur, amma Ermənistan yaxşı qonşulardan biridir.

İranlı diplomat Türkiyənin Ermənistan-İran sərhədi istiqamətində hansısa fəaliyyət götərdiyini iddia edərək qeyd edib: “Yunanıstan, Kipr, Ermənistan, Suriya və İraqdan sonra Türkiyə indi İran sərhədləri yaxınlığında pis əməllər axtarır. Türkiyə bilməlidir ki, bu, odla oynamaq deməkdir”.

Eyni zamanda diqqət çəkən ilk məqam bu yazının avqustun 10-da İran və Türkiyənin xarici işlər nazirləri Abdullahian və Çavuşoğlu arasında baş tutan telefon danışığından sonra ortaya çıxmasıdır. Paylaşım telefon danışığının səmərəsiz olduğunu, qarşılıqlı xəbərdarlıq və təhdid olduğunu bildirir?

Hər halda, İran Xarici İşlər Nazirliyinin müşavirinin İran-Türkiyə XİN təmaslarından dərhal sonra Türkiyəyə bu cür açıqlamalar verməsi son dərəcə diqqətçəkicidir. Xüsusilə də İranın iyerarxik idarəetmə sisteminin məntiqi şəraitində bunun sadəcə müşavirin şəxsi fikri ola bilməyəcəyi faktı bəlkə də şübhə doğurmur.

Rusiya isə sərhəd zonasına nəzarəti gücləndirib və əlavə məntəqələr quraşdırıb. Bir tərəfdən, Moskva ABŞ-la böyük qarşıdurma içindədir və bu məsələdə İran və Türkiyə ilə tərəfdaşlığı dərinləşdirmək üçün yeni yollar axtarır, digər tərəfdən bu dövlətlər arasında narazılıq və narahatlıqlar artır.

Eyni zamanda onun da qeyd etmək lazımdır ki, İran Ermənistan-Türkiyə normallaşmasına da müsbət yanaşmır. Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindəki hərəkətləri bəlkə də Tehranın həmin narahatlığını neytrallaşdırmaq məqsədi daşıyır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin