Erməni politoloq: “Putin erməniləri zorla Ukraynaya göndərsə, onlar təslim olmalıdır”

2022/08/00-53-1660380242.jpg
Oxunub: 765     15:42     13 Avqust 2022    
Avqustun 8 və 9-da Ermənistan səfiri V. Karapetyan Erməni Apostol Kilsəsinin Ukrayna Yeparxiyasının rəhbəri yepiskop Markos Hovhannisyan və Ukrayna Erməniləri İttifaqının sədr müavini Davit Mkrtçyanla birlikdə Zaporojye və Dnepropetrovsk bölgələrinə baş çəkib.

Ukraynalı erməni politoloq Marat Hakopyan bildirib ki, səfirin Zaporojye və Dnepropetrovsk vilayətlərinə səfəri İrəvanın rəsmi mövqeyini göstərir.

O qeyd edib ki, ermənilər Putinin ordusuna qoşulmamaq üçün hər şeyi etməlidir.

“Putin erməniləri zorla Ukraynaya göndərsə, onlar təslim olmalıdır”, - deyə Hakopyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin